İRNA-nın bazar ertəsi “Şahab” xəbər agentliyinə istinadla verdiyi xəbərə görə, bir qrup ifrat sionist mühacir sionist rejim hərbçilərinin dəstəyi ilə təxribatçı və təcavüzkar bir hərəkətlə yenidən Məscidül-Əqsaya hücum edib.
Sionist mühacirlər Təl-Əvivin radikal başçılarının rəhbərliyi və təhriki ilə vaxtaşırı Məscidül-Əqsaya hücum edirlər və bu müqəddəs məkanın statusunu dəyişməyə çalışırlar.
Sionistlər öz bədnam planlarını həyata keçirmək üçün hər hansı bir şəkildə Məscidül-Əqsanın zaman və məkana bölməyə cəhd göstərirlər.
Fələstin müqavimət qrupları sionist rejimin hücum və cinayətlərinə cavab olaraq Qəzzə zolağının sərhədi ətrafında və işğal olunmuş ərazinin şimalındakı sionist qəsəbələrini bir neçə dəfə raketlərlə hədəfə alıblar.
Fələstinin mübariz qrupları Məscidül-Əqsanın onların qırmızı xətti olduğunu və ona qarşı hər hansı bir hücumun sərt cavabla qarşılanacağını vurğulayıblar.
Sizin rəyiniz